Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə ekskursiya ediblər.
Ekskursiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) adlı Erasmus+ layihəsi çərçivəsində baş tutub.
Ekskursiyada iştirak edən MDU-nun “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələri Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən Mərkəzin fəaliyyəti və ərazisi ilə yaxından tanış olub və ətraflı məlmatlandırılıblar.