AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya, təmiz səma” mövzusunda dəyirmi masa keçirilib

  • Post category:Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” haqqında Sərəncamının və AMEA Rəyasət Heyətinin 09 yanvar 2024-cü il tarixli qərarının icrası ilə bağlı 14 iyun 2024-cü il tarixində Şəki REM, Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı və BioGarden Aqroekoloji Turizm Mərkəzinin dəstəyi ilə BioGardendə “Yaşıl dünya, təmiz səma” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Şəki REM-in əməkdaşları, Mingəçevir Dövlət Universitetinin professor və müəllimləri iştirak ediblər. Qonaqlar BioGarden bağı ilə tanış olublar.

Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü qonaqları salamlayıb, onlara Elmi Mərkəzin fəalliyyət sahələri haqqında geniş məlumat verib.

Daha sonra Ankara Hacı Bayram Vəli Universiteti, Mingəçevir Dövlət Universitetinin əməkdaşı, prof. Evren Güçer “Turizmdə yaşıl idarəetmə”, Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyli “Qlobal istiləşmə şəraitində yaşıl dünyanı qorumalı”, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Nərmin Əliyeva, Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova “Dekorativ bağçılıq aqroekoloji turizm klasteri kimi” BioGarden Aqroekoloji Turizm Mərkəzinin rəhbəri Etibar Nuriyev “Yaşıl dünyaya keçiddə özəl sektorun rolu”mövzuları ilə çıxış ediblər. Dəyirmi masa mövzularətrafı suallar və müzakirələrlə davam etdirilib.

AMEA-nın Şəki REM-nin rəhbərliyi adından Mingəçevir Dövlət Universiteti və BioGarden Aqroekoloji Turizm Mərkəzinə əməkdaşlığa görə təşəkkürnamələr təqdim olunub.

Sonda Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri Arif Tağıyev dəvət və tərəfdaşlıq təklifi üçün Şəki REM-in direktoruna universitetin rektoru adından təşəkkürünü bildirib, bundan sonra da daha geniş sferada əməkdaşlığın davam edəcəyinə əminliyini vurğulayıb.