MDU-da “Yaşıl iqtisadiyyat və müasir təhsil: nəzəri və praktik yanaşma” mövzusunda elmi seminar keçirilib

  • Post category:News

2024-cü ilin 15 mayında Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl iqtisadiyyat və müasir təhsil: nəzəri və praktik yanaşma” mövzusunda elmi seminar keçirilib. MDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsi, “İqtisadityyat” və “Sənayenin təşkili və idarəetmə” kafedralarının birgə təşkilatçılğı ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti iştirak edib.

Çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov seminarın mövzusunun aktuallığına diqqət çəkərək bildirib ki, Yaşıl İqtisadiyyat konsepsiyası iqtisadiyyatla bağlı dövlət siyasətinin müəyyən qədər dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə diqqət çəkən V.Əyyubov vurğulayıb ki, bu istiqamətdə yeni dövrün universitetinə çevrilən MDU-da mühüm tədbirlər həyata keçirilir ki, təşkil olunan elmi seminarda təqdim olunan tədqiqatlar da buna xidmət göstərir.

Ardınca elmi mühazirələr səsləndirilib. İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev “Müasir təhsildə davamlı inkişaf və yaşıl iqtisadiyyat məqsədlərinə konseptual yanaşma”, İqtisadiyyat kafedrasının müəllimi Yeganə Məmmədli “Aqrar sektorun innovativ inkişafı və yaşıl iqtisadiyyat”, Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Təranə Səfərova “İşğaldan azad olunmuş regionlarda yaşıl enerji potensialından istifadənin əhəmiyyəti”, İqtisadiyyat kafedrasının müəllimi Nərmin Əliyeva “Yaşıl turizm: yeni imkanlar, yeni trendlər”, Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Babək Hüsüyev “Azərbaycanda biomüxtəlifliyin qorunub saxlanılması və inkişafı istiqamətləri” mövzularında çıxışlar ediblər. Çıxışlarda ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində “yaşıl enerji” zonası, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər yanaşmalarının tətbiqi kimi məsələlər öz əksini tapıb.

Seminar müzakirələrlə davam edib. Mühazirələr barədə müəyyən təkliflər səsləndirilib və təkliflər irəli sürülüb. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir