Mingəçevir Dövlət Universitetinin (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su ehtiyatlarının mühafizəsinə müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda Mingəçevir Sukanal idarəsinin, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (RESTİ) əməkdaşları, MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.
Seminarı giriş sözü ilə açan MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova su ehtiyatlarının mühafizəsinə dair müasir yanaşmaları və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin olmasının mahiyyəti, dünyaya edilən çağırış barədə məlumat verib. Ölkəmizdə sürətlə inkişaf edən ekoloji fəaliyyət və tədbirlərin vacibliyini, bu sahədə görülən işlərin əhəmiyyətini və nailiyyətlərini vurğulamışdır.
T.Yusibova çıxışında su ehtiyatlarının mühafizəsi və yaşıl dünya ideyalarının inkişafına dair fikir və fəaliyyətlərimizi artırmağı hədəfləyən bir istiqamət olduğunu vurğulayıb.
Açılış nitqindən sonra “Su həyat mənbəyidir” adlı videoçarx nümayiş etdirilib və seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. Mingəçevir Sukanal idarəsinin Sukanal Sistemlərinin Təhlili şöbəsinin rəisi Tural Dursunov “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti”, 8 saylı RETSİ-nin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji monitorinq sektorunun məsləhətçisi