You are currently viewing UNEC-in koordinatoru olduğu Erasmus+ KA2 layihəsinin növbəti iclası keçirilib

UNEC-in koordinatoru olduğu Erasmus+ KA2 layihəsinin növbəti iclası keçirilib

  • Post category:News

2024-cü il fevralın 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qalib olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) mövzusunda Erasmus+ KA2 layihəsinin Keyfiyyətin təminatı şurasının ikinci iclası keçirilib.

“ZOOM” platforması üzərindən online formatda keçirilən iclasda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları və layihənin tərəfdaşı olan 6 yerli və 4 xarici universitetlərin nümayəndələri iştirak edib.

İclas zamanı bir sıra keyfiyyətə nəzarət məsələləri haqqında məqamlar müzakirə olunmuş və yekun olaraq vahid keyfiyyətə nəzarət sənədinin yaradılması barədə birgə razılıq əldə olunmuşdur.

İclasın ikinci hissəsində layihə çərçivəsində təcrübə səfərlərinin sonunda Bakıda yekun konfransın keçirilməsi təklif edilib, R.Dunalpın müəllifi olduğu “Dayanıqlı Enerji” kitabının Azərbaycan dilinə tərcüməsinin layihənin dayanıqlılığı baxımından əhəmiyyətli olması qənaətinə gəlinmişdir.

 Daha sonra bildirib ki, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb.