2024-cü il martın 5-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyası MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “Ekoloji turizm” fənnin mühazirəsi zamanı baş tutub.
Tələbələr MDU-nun əsas tədris binasının həyətyanı ərazisində həmişəyaşıl ağaclar əkərək onlara qulluq ediblər.
Fənn müəllimi Aysel Qocayeva dünyada, o cümlədən Azərbaycanda artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etidirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii, mədəni, tarixi və sosial estetik dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətli olduğunu bildirib. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.