MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş növbəti elmi konfransı keçirilib

  • Post category:Xəbərlər

2024-cü ilin martın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Elm Günü”nə həsr edilmiş XVII elmi konfransı keçirilib. Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Konfransı giriş nitqi ilə açan MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva tələbə gənclərin elmi tədqiqata olan marağını yüksək qiymətləndirirək bu istiqamətdə inkişafın davamlı olmasını aruzlayıb. Universitetdə gənclərin tədqiqat bacarıqlarının inkişafı istiqamətində atılan addımlar diqqətə çatdıran dekan bu kontekstdə tələbələr arasında təşkil edilən elmi tədbirlərin önəmini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra konfransın proqramına uyğun olaraq tələbələrin məruzələri dinlənilib.

MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Məleykə Həziyeva  “Yaşıl Dünya naminə həmrəyliyə Azərbaycan Genetik Bitki Ehtiyatları fondunun dəstəyi”,  Nuray Niftaliyeva  ““Qara qızıl”dan “yaşıl enerji”yə doğru”, Şəhanə Şakirqızı “Rəqəmsallaşma yaşıl dünyanın təminatçısı kimi”, Aydan Məmmədova “Gen mühəndisliyi və ekoloji təhlükə”, Ayşən Məmmədova “Yaşıl həmrəylik milli adət-ənənələrimizdə”, Məryəm Bəkirova “Green İT: inkişaf istiqamətləri və perspektivləri”, Ruslan Əlizadə “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin rolu”, İbrahim Məmmədov, “Davamlı inkişafa kibertəhlükəsizliyin inteqrasiyası”, Arzu Həsənova “Dünya ölkələrinin günəş enerjisindən istifadə təcrübələri”, Xumar Alxasova  “Elektromobil passiv maşınları” və Səbinə Qədimova “Yaşıl kimya yaşıl inkişafın əsasıdır” mövzularında məruzələrini təqdim ediblər.

Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb. Konfransın yekununda tələbələrin məruzələri müsbət dəyərləndirilib, müvafiq tövsiyələr bildirilib və təkliflər irəli sürülüb.

Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.