2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ali təhsil müəssisələrinin də qarşısında müvafiq vəzifələr qoyur.
Bu kontekstdə, 2024-cü ilin 30 yanvar tarixində “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” sənədini təkmilləşdirərək yeni redaksiyada təsdiq etdik.
Strateji hədəf Universitetin dayanıqlı inkişafa töhfə verməsi potensialını gücləndirməkdir.
MDU-da “yaşıl universitet” konseptinin tətbiqi ilə bağlı tədbirlərin icrasına start verdik.
Yaşıl dünya naminə həmrəy olaq!
Yaşıl dünya qurmağa kampusumuzdan başlayaq!