DAYANIQLI İNKİŞAF FƏALİYYƏTİNİN ZAMAN QRAFİKİ

1991

  • Mingəçevir Dövlət Universitetində (MDU) ölkənin dayanıqlı inkişaf ehtiyaclarına uyğun olaraq sənayenin bir sıra sahələri üzrə mühəndis kadrların hazırlığına başlanılıb.

2010

  • MDU-da “Ekologiya mühəndisliyi” ixtisası açılıb.

2015

  • MDU-da “Ekologiya” ixtisası üzrə kadr hazırlığına başlanılıb.

2020

  • MDU-nun “Dayanıqlı inkişaf” multidisiplinar jurnalı təsis edilib.
  • Dayanıqlı inkişafla bağlı mövzularda maarifləndirici tədbirlər keçirilib.
  • MDU “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar – GEOCLIC” adlı Erasmus+ layihəsinə tərəfdaş olaraq qəbul edilib.

2021

  • MDU-nun “Dayanıqlı inkişaf” multidisiplinar jurnalının iki nömrəsi dərc olunub.
  • “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda MDU-nun dövri beynəlxalq elmi konfransı təsis edilib və ilk konfrans keçirilib.
  • “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar” Tədqiqat Mərkəzi yaradılıb.
  • Dayanıqlı inkişafla bağlı mövzularda maarifləndirici tədbirlər davam etdirilib.
  • GEOCLIC Erasmus+ layihəsi çərçivəsində fəaliyyətlər davam edib.

2022

  • MDU “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası” (REFRESH) adlı Erasmus+ layihəsinə tərəfdaş olaraq qəbul edilib.
  • MDU-nun “Dayanıqlı inkişaf” multidisiplinar jurnalının növbəti iki nömrəsi dərc olunub.
  • MDU-da “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində dayanıqlı inkişaf mövzularını da əhatə edən panel sessiyalar təşkil edilib.
  • GEOCLIC Erasmus+ layihəsi çərçivəsində fəaliyyətlər davam edib və MDU-da “Ecoreview” Ekoloqlar Klubu yaradılıb.
  • Dayanıqlı inkişafla bağlı mövzularda maarifləndirici tədbirlər davam etdirilib.
  • Tələbə və müəllimlərin iştirakı ilə ağacəkmə aksiyaları təşkil olunub.

2023

  • MDU-nun tərəfdaşlıq etdiyi REFRESH Erasmus+ layihəsinə start verilib.
  • GEOCLIC Erasmus+ layihəsi çərçivəsində fəaliyyətlər davam edib.
  • “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda MDU-nun ikinci beynəlxalq elmi konfransı keçirilib.
  • MDU-nun “Dayanıqlı inkişaf” multidisiplinar jurnalının növbəti iki nömrəsi dərc olunub.
  • Dayanıqlı inkişafla bağlı mövzularda maarifləndirici tədbirlər davam etdirilib.
  • Tələbə və müəllimlərin iştirakı ilə ağacəkmə aksiyaları təşkil olunub.

2024

  • REFRESH Erasmus+ layihəsi çərçivəsində fəaliyyətlər davam edir.
  • MDU-nun Tələbə Gənclər Təşkilatının nəzdində “Yaşıl könüllülər” dərnəyi təsis edilib.
  • GEOCLIC Erasmus+ layihəsi çərçivəsində GEOLAB laboratoriyası yaradılıb.
  • Yeni redaksiyada təsdiq olunmuş “MDU 2030: İnkişaf Strategiyası” sənədində dayanıqlı inkişaf əsaslı “yaşıl” və “ağıllı” universitetə çevrilmək və bu sahədə ölkənin lider universitetləri sırasında yer almaq əsas məqsədlərdən biri kimi müəyyən edilib və bu istiqamətdə çoxşaxəli fəaliyyətlər nəzərdə tutulub.
  • Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı MDU-da tədbirlər planının reallaşdırılması nəzərdə tutulub.
  • MDU-nun “greencampus.mdu.edu.az” adlı yeni veb səhifəsi istifadəyə verilib.
  • Dayanıqlı inkişafla bağlı mövzularda maarifləndirici tədbirlər davam etdirilir.
  • Tələbə və müəllimlərin iştirakı ilə ağacəkmə aksiyaları keçirilir.