MDU-da “Ərzaq təhlükəsizliyinin təmin edilməsinin prioritet istiqamətləri” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada kafedra müdiri Təranə Yusibova giriş nitqi ilə açılış etdi, kafedranın gənc müəllimi Leyla Əhmədova “Ekoloji təmiz qida maddələri” haqqında məlumat verdi. Daha sonra ”Ərzaq təhlükəsizliyi müasir dövrün aktual məsələsidir” mövzusu ilə Səbinə Camalova ( E20), ”Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı “ mövzusu ilə Fidan Dadaşova (E20), “Ərzaq təminatı strategiyasında qida təhlükəsizliyi” mövzusu ilə Leyla Şükürova (E20) çıxış etdi.
Marağa səbəb olan mövzular müzakirələrlə yekunlaşdı.