“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf mühitə təsirin qiymətləndirilməsi” modul təlimlərinin sonuncu V sessiyası baş tutacaqdır.
Beşinci modulda “Bərpa olunan enerji mənbələri: Azərbayacan və dünyada istifadə tendensiyaları” adlı təlim Fizika və Ekologiya kafedrası müəllimi Şəbnəm İslamova tərəfindən aparılacaqdır.
Təlimin ardından göstəriciləri məqsədəuyğun hesab edilən tələbələr üçün imtahan təşkil olunacaq.
Tarix: 17 may 2024-cü il
Saat: 13:30
Məkan: Təhsil fakültəsi akt zalı
Let's unite for a green world!